Qazaxıstanın Akmola vilayətinin Sabındı kəndindəki keçmiş məsciddə qaz partlaması baş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Akmola vilayətinin Fövqəladə Hallar Departamentinin mətbuat xidməti məlumat yayıb.

Hadisə nəticəsində azı 3 nəfər ölüb, 16 nəfər yaralanıb.

"Akmola vilayətində, Korqajin rayonunun Sabındı kəndində dəfn mərasimi keçirilən keçmiş kənd məscidinin binasında qaz-hava qarışığı partlayıb, ardınca bina uçub. Nəticədə 1978-ci il təvəllüdlü kişi ölüb. Xilasedicilər dağıntılar altından 1983-cü il təvəllüdlü qadın və 2012-ci il təvəllüdlü uşağın meyitini də tapıblar.

Təcili yardım briqadası 16 yaralını Astana şəhər xəstəxanasına çatdırıb.