20:29
612
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın keçid komandasının üzvləri mümkün hərbi tribunal üçün hazırkı və keçmiş ordu zabitlərinin siyahısını tərtib edir. Məsələ qoşunların Əfqanıstandan çıxarılması ilə bağlıdır.

Teleqraf.com xəbər verir ki, bu barədə "NBC News" rəsmi mənbələrə istinadla yazır.

Trampın komandasının planı ilə tanış olan ABŞ rəsmisi bildirib ki, onlar ABŞ qoşunlarının 2021-ci ildə Əfqanıstandan çıxarılmasını araşdırmaq üçün komissiyanın yaradılmasını nəzərdən keçirirlər. Onun sözlərinə görə, artıq bu qərarın qəbulunda bilavasitə kimin iştirak etdiyi və bunun necə həyata keçirildiyi barədə məlumatlar toplanır.

Prezidentin keçid komandası prosesdə iştirak etmiş zabitlərin dövlətə xəyanət edib-etmədiklərini öyrənmək istəyir.

"Məsələyə çox ciddi yanaşırlar", - rəsmi deyib.

Mənbə qeyd edir ki, müdafiə nazirinin narkotiklərlə mübarizə və qlobal təhdidlər üzrə köməkçisinin keçmiş müavini Mett Flin bu səylərə rəhbərlik edir.

Nəşr onu da vurğulayır ki, ABŞ Prezidenti Co Baydenin birbaşa əmrlərini yerinə yetirən zabitlərə qarşı vətənə xəyanət ittihamlarının hüquqi cəhətdən necə əsaslandırılacağı bəlli deyil.

ABŞ-ın yeni prezidenti vəzifəsinin icrasına yanvarın 20-dən başlayacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər