Birləşmiş Millətlər Təşkilatının (BMT) Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) patrulu ölkənin cənubunda atəşə tutulub.
Teleqraf.com xəbər verir ki, bu barədə onların "Telegram" kanalındakı məlumatda bildirilir.
"Dünən günorta fransız və fin sülhməramlıları Bedias kəndində xidmətlərini yerinə yetirərkən atəşə məruz qalıblar. Onlara azı 40 güllə atılıb”, - məlumatda deyilir.
Qeyd olunur ki, bəzi patrul avtomaşınlarında güllə dəlikləri aşkar edilsə də, sülhməramlılar xəsarət almayıb. Onlar dərhal hadisə barədə Livan Ordusuna məlumat veriblər.