10:15
1 180
12 Punto 14 Punto 16 Punto 18 Punto

Donald Trampın gələcəkdə Ağ Evə qayıdışı və Ukraynaya yardımın azaldılması təhlükəsi ABŞ Prezidenti Co Baydeni Kiyevə yardım məsələsində qəti addım atmağa sövq edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Telegraph” yazır.

Britaniya nəşrinə görə, Kursk vilayəti ərazisində ATACMS raketlərindən istifadə Ukrayna ordusunun vəziyyətini ən qısa vaxtda yaxşılaşdıracaq, həmçinin Kreml sahibi Vladimir Putinin müharibəyə yeni Şimali Koreya qüvvələrini cəlb etməsinə mane ola bilər.

İndi Ukrayna Kursk vilayətindəki Xaline hərbi aviabazasını sistemli şəkildə vura biləcək. Bundan əlavə, ruslar əvvəllər bombardman üçün istifadə edilən təyyarələrin 90 faizini geri çəksələr də, 17 hava bazası və 250 iri hərbi obyekt ATACMS-in əhatə dairəsində qalır. ABŞ-ın növbəti zərbələrə icazə verib-verməyəcəyi hələlik məlum deyil.

“Trampın andiçmə mərasiminin yaxınlaşması ilə ABŞ nəhayət Ukraynanın qələbəsi uğrunda tam birləşdi. Bu, ümidverici dönüşdür”, - məqalədə deyilir.

Nəşr ABŞ raketləri ilə Rusiya ərazisinə zərbələrin endirilməsinə icazənun verilməsini Ukrayna üçün qələbə kimi şərh edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər