Şimali Koreya Ukraynaya qarşı müharibədə iştirak üçün Rusiyaya 100 minə qədər hərbçi göndərə bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə rəsmilərə istinadla “Bloomberg” məlumat yayıb.
Agentliyin həmsöhbətləri bildiriblər ki, bu miqyasda hərbi qüvvə eyni vaxtda yox, tədricən göndərilə bilər. Onların fikrincə, bu, Pxenyanla Moskva arasında ittifaqın daha da möhkəmlənməsinə bağlıdır.
Hazırda Rusiya ərazisində Şimali Koreyanın 11 minlik qüvvəsinin olduğu təxmin edilir.
Qeyd edək ki, bundan öncə Prezident Co Bayden Ukraynaya Rusiyanın dərinliklərinə ABŞ raketləri ilə zərbələrin endirilməsinə icazə verib.