Fələstin HƏMAS Hərəkatının Siyasi Bürosunun Türkiyədə yerləşməsi ilə bağlı iddia dünya mediasında aktual mövzuya çevrilib.

Teleqraf.com xəbər verir ki, iddia ilə bağlı Xarici İşlər Nazirliyindən açıqlama gəlib.

Qurum HƏMAS-ın Türkiyəyə köçməsi ilə bağlı məlumatın həqiqəti əks etdirmədiyini bildirib.

“HƏMAS Siyasi Bürosunun üzvləri vaxtaşırı Türkiyəyə səfər edirlər. Amma HƏMAS Siyasi Bürosunun Türkiyəyə köçməsi ilə bağlı iddia həqiqəti əks etdirmir”, - XİN vurğulayıb.