Belarus prezidenti Aleksandr Lukaşenko ekstremist cinayətlərdə təqsirli bilinən 32 nəfərin əfv edilməsi haqqında fərman imzalayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Belarus Prezident administrasiyasının mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, əfv olunanlardan 17 nəfəri xroniki xəstəliklərə tutulub, 9-nun yaşı isə 50-dən yuxarıdır.
Belarus Daxili İşlər Nazirliyi sərbəst buraxıldıqdan sonra vətəndaşların davranışlarına nəzarət edəcək.