21 Noyabr 14:14
1 075
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ordusu müxtəlif tipli raketlərlə Ukraynanın Dnepr şəhərinə zərbələr endirib. O cümlədən, Rusiyanın Astraxan vilayətindən (Xəzər dənizi sahilindən) qitələrarası ballistik raket buraxılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.

Bundan əlavə, Rusiyanın Tambov vilayətindən MiQ-31K qırıcısından X-47M2 “Kinjal” aeroballistik və Tu-95MS strateji bombardmançı təyyarəsindən (atma sahəsi - Volqoqrad) 7 X-101 qanadlı raketi atılıb.

Hücumun hədəflərinin müəssisələr və kritik infrastruktur olduğu bildirilir.

Hərbi Hava Qüvvələrinin zenit-raket qüvvələrinin bölmələri tərəfindən 6 ədəd X-101 raketi məhv edilib.

Yada salaq ki, dünən Rusiyanın RS-26 “Rubej” qitələrarası ballistik raketindən istifadə edə biləcəyi açıqlanmışdı. Raketin uçuş məsafəsi 6000 km, döyüş başlığının kütləsi isə 1200 kq-a çata bilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər