14:45
554
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskva Abxaziyadakı vəziyyəti diqqətlə izləyir və respublikanın (tanınmayan – red.) iqtidarı ilə müxalifəti arasında razılaşmaları nəzərə alır. Respublikada növbədənkənar prezident seçkilərinin keçirilməsi üçün lazımi şəraitin yaradılması vacibdir.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Abxaziya Respublikasında vəziyyətin inkişafını yaxından izləməyə davam edirik. O, bizim ən yaxın müttəfiq və tərəfdaşlarımızdan biridir. Biz bu ölkədəki daxili siyasi böhrana əsaslı qiymət vermişik və bu çətin vəziyyətdən mümkün çıxış yolları barədə fikirlərimizi bölüşmüşük. Moskva Abxaziya hakimiyyəti ilə müxalifət arasında gərginliyin daha da artmasının qarşısını almağa imkan verən razılaşmaları nəzərə alır. Abxaziyada növbədənkənar prezident seçkilərinin keçirilməsi üçün lazımi şəraitin yaradılması vacibdir, anladığımız kimi, bu seçkilər 2025-ci il fevralın 19-dək keçirilməlidir”, - diplomat qeyd edib.

Zaxarova Rusiyanı “Abxaziyanın suverenliyi və müstəqilliyinin qarantı” adlandırıb.

Qeyd edək ki, ötən həftə Abxaziyada - Gürcüstanın separatçı bölgəsində baş verən kütləvi etirazlardan sonra “prezident” Aslan Bjaniya müxalifətin tələbi ilə istefa verib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər