21 Noyabr 15:04
787
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Gürcüstan müxalifətinin Qərb kimi bu ölkənin daxili işlərinə qarışmaq ittihamlarını qətiyyətlə rədd edir.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“İttihamlar tamamilə əsassızdır və bunları qətiyyətlə rədd edirik. Belə bəyanatlar verənlərə xatırladım ki, bizim Gürcüstanla diplomatik münasibətimiz yoxdur. Bizi xalqlarımızla ortaq tarix, mədəniyyət, sıx əlaqələr və insanlar arasında təmaslar birləşdirən bu Cənubi Qafqaz ölkəsi ilə Rusiya əsasən ticari-iqtisadi və humanitar əlaqələri inkişaf etdirir. Həmçinin biz Qərb kimi başqa ölkələrin daxili işlərinə qarışmırıq”, - diplomat vurğulayıb.

Zaxarovanın fikrincə, Qərb Gürcüstan seçicilərinin qollarını bükərək özünün maraqlarına uyğun olanlara səs verməyə cəhd göstərib:

“Böyük təzyiqlərə baxmayaraq, gürcü xalqı sabitlik və ənənəvi dəyərlərin lehinə çıxış etdi”.

Onun sözlərinə görə, Qərb öz cinayətlərini ört-basdır etmək üçün Rusiyanı ittiham qarşısında qoymağa çalışır.

Həmçinin Zaxarova əmin olduğunu bildirib ki, gürcü xalqı artıq təxribatlara boyun əyməyəcək, kimin ölkə üçün real təhlükə törətdiyini özü müəyyənləşdirəcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər