21 Noyabr 15:45
839
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya, İran, Şimali Koreya və Çin Ukraynaya qarşı birlikdə işləyir.

Teleqraf.com xəbər verir ki, bunu NATO baş katibi Mark Rutte deyib.

“Dəhşətli həqiqət budur ki, dörd ölkə birlikdə işləyir. Çin ikili təyinatlı mallar göndərməklə Rusiyaya sanksiyalardan yan keçməyə kömək edir. Şimali Koreya Rusiyanı qoşun və külli miqdarda silahla təmin edir, Rusiya isə bunun əvəzini raket texnologiyası ilə ödəyir. Sonra İran. Rusiya yardımlarına görə İrana pul verir, bu vəsaitlər Tehranın Yaxın Şərqdəki proksi qüvvələrinə gedir. Bu, İranın Yaxın Şərqdə etdiklərini asanlaşdırır. Burada qlobal təsir məsələsi də var. Baş verənlər Yaponiya, Cənubi Koreya və ABŞ üçün təhlükə yaradır.

Rusiya, Şimali Koreya, İran və Çin birlikdə işləyir, biz buna uyğun (sərt) strategiya hazırlamalıyıq”, - alyans rəhbəri bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər