21 Noyabr 22:35
239
12 Punto 14 Punto 16 Punto 18 Punto

Norveç şahzadəsi Mette-Maritin oğlu Marius Borq Heybi zorakılıqda ittiham olunaraq bir həftə müddətinə həbs edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə NRK yayım korporasiyası məlumat yayıb.

Bildirilir, məhkəmə polisin təqsirləndirilən şəxsin həbsi ilə bağlı tələbini qismən təmin edib. Heybinin həbsdə saxlandığı müddətdə yazışmalar və ziyarətlər qadağan ediləcək. Polis vəliəhd şahzadənin oğlunun həbsinin zəruriliyini cinayət işində ikinci zorakılıq epizodunun olması, həmçinin mövcud sübutların saxtalaşdırılması riski ilə əsaslandırıb. Heybi hər iki cinayətdə təqsirli olduğunu inkar edir.

Məlumata görə, vəliəhd şahzadənin oğlu, həmçinin bədən xəsarəti yetirməkdə, hədə-qorxu gəlməkdə və qadına qarşı qətimkan tədbirini pozmaqda ittiham olunur. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları onun cinayətlərini sübut edən videomaterialları əldə ediblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər