22 Noyabr 20:27
259
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Xarici İşlər Nazirliyi İsrailin Palmiraya endirdiyi zərbələri kəskin şəkildə pisləyib və bunu beynəlxalq hüququn əsas normalarının kobud şəkildə pozulması adlandırıb.

Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə nazirliyin rəsmi nümayəndəsi Mariya Zaxarova "Telegram" kanalında paylaşım edib.

"İsrailin Suriya ərazisindəki zorakı hərəkətləri, eləcə də ondan əvvəlki bütün hərəkətlər bu ölkənin suverenliyinin və beynəlxalq hüququn əsas normalarının kobud şəkildə pozulmasıdır” - Zaxarova paylaşımında qeyd edib.

Zaxarova bundan əlavə Palmiraya zərbə təkcə insan həyatının deyil, həm də mədəni və tarixi yaddaşın devalvasiyasına gətirib çıxardığını qeyd edib.


Müəllif: Arzu

Oxşar xəbərlər