İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livanın paytaxtının mərkəzi hissəsində "Hizbullah" təşkilatının ehtimal edilən obyektinə hücum ediblər.
Teleqraf.com xəbər verir ki, bu barədə mülki müdafiə xidmətindəki mənbədən bildiriblər.
Məlumata əsasən, Bosta əl-Favqa bölgəsinə ən azı dörd raket atılıb.
"Zərbələr Fəthalla küçəsində yerləşən yaşayış binasına edilib. Mülki vətəndaşlar arasında xəsarət alanlar var, onlar təcili yardım maşınları ilə aparılır", - deyə qeyd olunub.
Partlayışlar səhər saatlarında Beyrutun yaşayış məntəqələrində baş verib.