17 Fevral 2015 02:32
749
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Qərbi Virciniya ştatının Feyett Kountu şəhəri yaxınlığında neft daşıyan yük qatarı relsdən çıxıb.

Teleqraf.com-un “Gazeta.ru”-ya istinadən məlumatına görə, bir neçə neftlə dolu sistern çaya aşıb və onlardan neft axmağa başlayıb.

Yaxınlıqda yaşayan sakinlər dərhal qəza baş verdiyi ərazidən təxliyyə ediliblər. Hadisə yerində güclü yanğının başlanması barədə məlumatlar yayılmaqdadır.


Müəllif: