01:43
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Atlantika Alyansı ilə hibrid müharibə vəziyyətində olan Rusiya bir sıra ölkələrlə əməkdaşlıq edərək silahların böyük əksəriyyətini özü istehsal edir.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Al Arabiya” telekanalına müsahibəsində deyib.

Rusiyanın digər dövlətlərdən, məsələn, Çin Xalq Respublikasından, Koreya Xalq Demokratik Respublikasından və ya İrandan hərbi texnika şəklində dəstək alıb-almadığı sualına cavab olaraq Medvedev Rusiyanın digər ölkələrlə əməkdaşlığına işarə edib.

“Bu gün yaranmış şəraitdə hərbi texnika və silah növlərinin mütləq əksəriyyəti ölkəmizdə istehsal olunur. Eyni zamanda, təbii ki, biz bir sıra dövlətlərlə əməkdaşlıq edirik”, - Rusiya Təhlükəsizlik Şurasının rəhbərinin müavini bildirib.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər