Türkiyənin Antalya vilayətində hava limanında Rusiyaya məxsus SSJ-100 təyyarəsi yanıb.
Teleqraf.com xəbər verir ki, ilkin məlumatlara görə, yanğın Soçidən uçan Azimut Hava Yollarına məxsus “Sukhoi Superjet 100-95LR” təyyarəsinin göyərtəsində baş verib. Hadisə ilə bağlı təyyarənin endiyi enmə zolağı bağlanıb.
Məlumata görə yanğın baş verən təyyarənin göyərtəsindəki 79 sərnişin olub və onlar təxliyə edilib
Şahidlərin sözlərinə görə, ilkin olaraq eniş zamanı sol mühərrik yanıb, daha sonra yanğın daha da güclənib.
Hadisə nəticəsində xəsarət alan olmadığı bildirilir.