15:59
500
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın THAAD raketlərdən müdafiə batareyasının ilk komponentləri Amerika hərbi operatorlar qrupu ilə birlikdə İsrailə göndərilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.

ABŞ-ın müdafiə departamenti qeyd edib ki, yaxın günlərdə əlavə komponentlər və hərbi mütəxəssislərin göndərilməsi də gözlənilir. Batareya yaxın vaxtlarda istifadəyə hazır olacaq, amma təhlükəsizlik baxımından konkret tarixlər açıqlanmır.

Qeyd olunur ki, THAAD sisteminin yəhudi dövlətinin ərazisində yerləşdirilməsi İsraili və oradakı ABŞ vətəndaşlarını İranın mümkün ballistik raket hücumundan qorumaq məqsədi daşıyır.

Oktyabrın 13-də ABŞ Müdafiə Nazirliyi regionda gərginliyin artması fonunda İranın potensial ballistik raket hücumuna qarşı çıxmaq üçün İsrailə THAAD batareyasının göndəriləcəyini təsdiqləyib. Oktyabrın 1-də İran İsrail ərazisinə iri raket hücumu həyata keçirib.

Oktyabrın sonunda İsrail İranın hava hücumuna cavab verib. İsrail ordusu hücum nəticəsində İranın qabaqcıl müdafiə sistemləri və digər strateji hərbi obyektlərinin məhv edildiyini açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər