17:50
925
12 Punto 14 Punto 16 Punto 18 Punto

Donetsk vilayətinin Toretsk şəhərində şiddətli döyüşlər davam edir, Rusiya ordusu hər gün 100-ə qədər hərbçisini itirir.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna ordusunun “Luqansk” əməliyyat-taktiki qoşun qrupunun sözçüsü Anastasiya Bobovnikova məlumat verib.

O qeyd edib ki, ruslar Toretsk istiqamətində aktiv hücumlar həyata keçirirlər: “Düşmən inanılmaz sürətlə irəliləyir. Ruslar Toretski atəşə tutmaq üçün müxtəlif növ PUA, artilleriya və aviasiyadan istifadə edirlər. Döyüşlərin aktivliyini buradan təsəvvür edə bilərsiniz: gündəlik 100 nəfərlik itki bütün cəbhə boyu düşmən itkilərinin təxminən 5 faizini təşkil edir”.

Bobovnikova vurğulayıb ki, artıq şəhərdə dinc sakin qalmayıb: “İndi Toretskdə qalmaq mümkün deyil”.

Qrupun sözçüsü onu da etiraf edib ki, Çasiv Yar şəhərində (Donetsk vilayəti) də vəziyyət kifayət qədər təhlükəlidir:

“Düşmən xeyli sayda qoşun toplayıb və müxtəlif taktikalardan istifadə etməyə başlayıb. Hələlik onları saxlayırıq, amma vəziyyət təhdidedicidir, düşmən hücuma keçməyə çalışır. Rusiyanın Çasiv Yar ətrafında çoxlu sayda qüvvəsi var”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər