Ukraynaya nüvə silahının verilməsi, Rusiyaya qarşı hücum sayılacaq. Buna Rusiyanın yenilənmiş nüvə doktrinasına uyğun cavab veriləcək.
Teleqraf.com xəbər verir ki, bu sözləri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.
“Kiyev rejiminə nüvə silahının verilməsi, Rusiyaya qarşı nüvə münaqişəsinə hazırlıq kimi qiymətləndirilə bilər. Belə silahın faktiki tədarükü nüvə saxlama siyasətinin 19-cu maddəsinə əsasən, ölkəmizə qarşı hücumun həyata keçirilməsinə bərabər hesab olunacaq”, - deyə Rusiya rəsmisi vurğulayıb.