14:39
326
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident Volodimir Zelenskinin həyat yoldaşı, Ukraynanın birinci xanımı Yelena Zelenskaya İtaliyanın “Rai” telekanalına müsahibəsində ailəsindən danışıb.

Teleqraf.com xəbər verir ki, o, övladlarının harada olmaları ilə bağlı sualı da cavablandırıb.

Zelenskaya bildirib ki, övladlarının təhlükəsizliyinə görə bütün təfərrüatları açıqlaya bilmir. Sadəcə qeyd edib ki, oğlu və qızı Kiyevdə yaşayır.

Birinci xanım vurğulayıb ki, mütəmadi olaraq işgüzar və xarici səfərlərə getsə də, övladları həmişə Ukraynanın paytaxtında olurlar.

Yelena onu da söyləyib ki, həyat yoldaşı ilə ayrı yaşamağa davam eləsə də, iş sayəsində bir-birləri ilə görüşüb vaxt keçirə bilirlər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər