"Bir sıra ölkələr çinli tələbələri işə götürməyə üstünlük verirlər".
Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Çin Dövlət Təhlükəsizliyi Nazirliyinin (MSS) yaydığı bəyanatda deyilib.
"Ölkədən kənarda qabaqcıl texnologiyalar, hərbi sənaye və biotibb sahələrində ixtisaslaşan çinli tələbələrə xüsusi diqqət yetirilir. Onlar ölkəyə daxil olarkən dindirilir, əlavə yoxlamalara məruz qalır, peşəkar məlumatlara cəlb olunur və şəxsi əşyaları zorla yoxlanılır" - nazirlik bildirib.
Bundan əlavə, xarici kəşfiyyatçılar ekskursiyalar, elmi təcrübə keçmək və müxtəlif yardımlar göstərməklə çinli müəllimlər, tədqiqatçılar və tələbələrlə əlaqə yaratmağa çalışırlar.