Almaniyanın keçmiş kansleri Angela Merkel Rusiya prezidenti Vladimir Putinin danışıqlara qara Labrador itini gətirdiyi an yaşadığı hisslərini bölüşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Merkel "Azadlıq. Xatirələr 1954-2021" adlı memur kitabında yazıb.
Keçmiş kansler itlərdən qorxduğuna görə görüşdən əvvəl Merkelin müşaviri onun bu narahatlığını Rusiya tərəfinə çatdırıb. Ancaq Putin görüşə öz sevimli Kenni adlı itini gətirib.
“Belə bir iyrənc zarafatla qarşılaşanda özümü elə aparmalı oldum ki, hər şey qaydasındadır. İt yanımda olduğuna baxmayaraq ona əhəmiyyət verməməyə çalışırdım. Mən hiss etdim ki, Putin bu vəziyyətdən həzz alır. Maraqlıdır, o, insanın çətin vəziyyətdə necə davrandığını müşahidə edirdimi? Bəlkə bu güc nümayişi idi? Sadəcə düşündüm: sakit ol, fotoqraflara fikir ver, bu tezliklə bitəcək" - Merkel memuarında xatırlayıb.
O qeyd edib ki, danışıqlar başa çatdıqdan sonra Putinə bu barədə heç nə deməyib .