26 Noyabr 22:15
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstandan Rusiyaya gedən yeganə Yuxarı Lars yolu bütün növ avtomobillər üçün bağlanıb.

Teleqraf.com xəbər verir ki, yolun bağlanmasına əlverişsiz hava şəraiti səbəb olub. Əraziyə intensiv qar yağıb, yollar buz bağlayıb.

Hazırda yolda 3000-dən çox yük və minik avtomobilinin dayandığı bildirilir. Onların böyük əksəriyyəti Ermənistana məxsusdur. Sərhəd-keçid məntəqəsində Türkiyə, Ukrayna, Rusiya, Azərbaycan və Gürcüstana məxsus avtomobillər də var.

Qeyd edək ki, bu beynəlxalq əhəmiyyətli magistral Rusiyanı Gürcüstan və Ermənistanla birləşdirən yeganə quru yoludur. Yolun nə vaxt açılacağı hələlik məlum deyil.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər