Litva Qərb ölkələrinin qoşunlarının Ukraynaya mümkün göndərilməsi ilə bağlı Fransanın ideyasını dəstəkləyir.
Teleqraf.com xəbər verir ki, bu barədə Litvanın NATO-dakı səfiri Davidas Matulonis bildirib.
Diplomat vurğulayıb ki, Fransa belə bir qərar qəbul edərsə, bunun üçün alyansın icazəsinə ehtiyac yoxdur:
“Təktərəfli qərarlarla bu təşəbbüsə qoşulmaq istəyən bir qrup ölkə, koalisiya ola bilər. Burada NATO-nun təsdiqi və ya işarəsinin olması vacib deyil”.
Matoulonis etiraf edib ki, hələlik Qərb qoşunlarının Ukraynaya göndərilməsi sadəcə ideyadır, bununla bağlı müxtəlif ölkələrin müxtəlif təklifləri var. Bununla belə, səfir bu mövzunu gələn həftə Brüsseldə keçiriləcək görüşdə NATO xarici işlər nazirləri tərəfindən yenidən gündəmə gətirə biləcəyini söyləyib.