Türkiyə ədliyyə naziri Yılmaz Tunç DEM Partiyasının (keçmiş HDP) həbsdə olan PKK terror təşkilatının lideri Abdullah Öcalanla görüş xahişindən sonra açıqlama verib.
Teleqraf.com xəbər verir ki, nazir həbsxanada məhbuslarla görüşün təşkilinə dair nizamnamənin olduğunu bildirib.
“Ötən ay DEM Partiyasının deputatı terrorçu liderlə görüşüb. Dünən DEM Partiyasının sədri və həmsədrləri müraciət ediblər. Müraciətə baxılır”, - Tunç vurğulayıb.
Öcalanın terror cinayətlərində təqsirli olduğu üçün Ədliyyə Nazirliyinin icazəsinə tabe olduğunu söyləyən ədliyyə naziri müraciətə cavabın lazımi müddətdə veriləcəyini açıqlayıb.
Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının çağırışından sonra DEM Partiyası Abdullah Öcalanla görüşmək üçün Ədliyyə Nazirliyinə yazılı müraciət edib.
MHP lideri DEM-i gecikmədən PKK başçısı ilə üzbəüz görüşə çağırıb.
Qeyd edək ki, Baxçalı oktyabrda Öcalanı PKK-nın buraxıldığı və tərksilah edildiyini açıqlamağa, terrorçu fəaliyyətdən siyasətə keçməyə çağırmışdı. MHP liderinin fikrincə, Öcalan bunları edərsə, həbsdən azad edilməsi məsələsinə baxıla bilər. Bu çağırışdan sonra DEM-dən olan millət vəkili Ömər Öcalanla görüşən baş terrorçu müzakirələrə hazır olduğunu söyləmişdi.