Ən böyük qorxularımdan biri ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Ukraynaya silah-sursat təchizatını dayandırmasıdır. Trampın “sülh planı” Kiyevi itaətə məcbur etmək cəhdi ola bilər.
Teleqraf.com xəbər verir ki, bu sözləri Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba deyib.
Sabiq nazir bunun nəticələrinin ağır olacağını qeyd edib:
“Donbasda cəbhə xətti dağılacaq, ruslar Dnepr, Poltava və Zaporojenin qapılarında dayanacaqlar. Bu, Ukrayna üçün müharibədə ən təhlükəli an olacaq”.
Kulebanın sözlərinə görə, Tramp həqiqətən Ukraynanı yardımdan məhrum etsə, Avropa İttifaqının (Aİ) mövqeyi həlledici olacaq. Həmçinin əlavə edib ki, Aİ hərbi yardım məsələsində ABŞ-ı əvəz edə bilməz.
Kuleba Qərbin müharibədə yol verdiyi səhvlərdən də danışıb:
"Əgər məndən Qərbin ən böyük səhvinin nə olduğunu soruşsanız, deyərdim ki, Avropa liderlərinin Emmanuel Makronun Ukraynaya qoşun yeritmək təklifini açıq və kəskin şəkildə pisləmələridir. Şübhə etmirəm ki, Putin bunu bəyənib. Bu, məni şoka saldı”.