20:43
226
12 Punto 14 Punto 16 Punto 18 Punto

Livan Ordusu BMT-nin Livandakı Müvəqqəti Qüvvələri (UNIFIL) ilə koordinasiyalı şəkildə Litani çayının cənubunda yerləşməyə başlayıb.

Teleqraf.com xəbər verir ki, bu addım Livanın BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinə (Hizbullahın varlığına son) uyğundur.

Hərbi birliklər hazırda müxtəlif bölgələrdən əraziyə köçürülür.

Qeyd edək ki, İsraillə Livan arasında atəşkəs razılaşması bu gün yerli vaxtla 04:00-da qüvvəyə minib.

BMT-nin qətnaməsinə əsasən Livan hökuməti Litani çayının cənubunda Hizbullahın silahlı mövcudluğuna son qoymalıdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər