21:44
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yer 29 noyabr gecəsi güclü maqnit fırtınası ilə üzləşəcək.

Teleqraf.com xəbər verir ki, bu nəticəyə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun (İKİ RAN) günəş astronomiyası laboratoriyası və Rusiya Elmlər Akademiyası Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutunun (İSZF SO RAN) mütəxəssisləri gəliblər.

Məlumata görə, geomaqnit zərbəsi altı bala çatacaq, pik təzahürü gecədən günortaya qədər baş verəcək. Daha sonra fırtına zəifləyəcək, lakin axşam saatlarında daha bir partlayış gözlənilir.

Mütəxəssislər bu maqnit fırtınasının aktivliyini orta G2 səviyyəsində qiymətləndirirlər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər