15:03
318
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ərazisinə Qərb silahları ilə zərbələr heç vaxt cavabsız qalmayacaq.

Teleqraf.com xəbər verir ki, bunu KTMT sammitində çıxışı zamanı Rusiya Prezidenti Vladimir Putin deyib.

“Bizim tərəfimizdən zərbələr Amerikanın "ATACMS" raketlərinin Rusiya ərazisinə davamlı hücumlarına cavab olaraq həyata keçirilib. Mən dəfələrlə qeyd etmişəm ki, hər zaman bizim tərəfimizdən cavab veriləcək”, - deyə Putin söyləyib.

Rusiya lideri əlavə edib ki, Qərbin uzaqmənzilli silahları ilə zərbələr NATO-nun münaqişədə birbaşa iştirakı demək olacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər