21:43
296
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu bir müqavimət hərəkatıdır, sona qədər prezident qalacağam”.

Teleqraf.com xəbər verir ki, bunu Gürcüstan prezidenti Salome Zurabişvili deyib.

O, özünü Gürcüstanda yeganə qanuni institut adlandırıb və müxalifət partiyalarını razılaşdırılmış qərarlar verməyə çağırıb.

Diplomatik korpusun nümayəndələri ilə keçirdiyi görüşün detallarını açıqlayan S.Zurabişvili bildirib ki, Avropa İtttifaqına üzv ölkələrin səfirlərindən yeni seçkilərin təşkili və keçirilməsinə kömək göstərmələrini xahiş edib.

S.Zurabişvili dövlət qulluqçularına da müraciət edərək qərar verməyin vaxtı yetişdiyini söyləyib.
“Uşaqlarınıza buraxdığınız gələcək, övladlarınız üçün qoyacağınız reputasiya haqqında düşünməyin vaxtı gəlib. Başa düşürəm ki, mövcud şəraitdə bu, çox çətindir. Lakin ləyaqət daha önəmlidir, ölkə, vətən daha vacibdir”, - dövlət başçısı deyib.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər