28 Noyabr 22:43
215
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın paytaxtı Tbilisidə və bölgələrdə keçirilən etiraz aksiyaları böyüyür.

Teleqraf.com xəbər verir ki, hakim “Gürcü Arzusu” partiyasının Tbilisidəki baş ofisi qarşısında toplaşan etirazçılar parlament binasına doğru yürüş ediblər.

Yürüşçülər “Hakimiyyət xalqa məxsusdur”, “Sona qədər mübarizə”, “Avropa gələcəyimizdən imtina etməyəcəyik” şüarlarını səsləndiriblər.
Parlamentin binası qarşısında keçirilən aksiyanın iştirakçılarının sayı artmaqda davam edir. Mərkəzi Rustaveli prospekti avtomobillərin hərəkəti üçün bağlanıb.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər