İsrail Müdafiə Qüvvələri Livanın "Hizbullah" hərəkatının fəaliyyət əlamətlərini aşkar etdikdən sonra Livanın cənubunda hava hücumu həyata keçirib.
Teleqraf.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat verib.
“Bir müddət əvvəl Livanın cənubunda “Hizbullah”ın orta mənzilli raketləri saxlamaq üçün istifadə etdiyi obyektdə terror fəaliyyəti aşkar edilib. İsrail Hərbi Hava Qüvvələrinin endirdiyi zərbə təhlükənin qarşısını alıb”, - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, İsrail ordusu atəşkəs razılaşmasının pozulmasının qarşısını almaq üçün tədbirlər görür.