29 Noyabr 09:25
964
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putinin Qərbə açıq təhdidləri fonunda dünyada nüvə müharibəsi təhlükəsi ilə bağlı müzakirələr yenidən qızışıb. Bu kontekstdə Avropa və ABŞ-da Ukraynaya nüvə statusunun qaytarılmasının mümkünlüyündən danışırlar.

Teleqraf.com xəbər verir ki, bu barədə “Newsweek” yazır.

“Rusiya nüvə doktrinasını yeniləyib. Ardınca Putin bildirib ki, təcavüz durumunda, o cümlədən düşmən adi silahlarla belə istifadə edərək kritik təhlükə yaradarsa, Rusiya nüvə silahından istifadə etmək hüququnu özündə saxlayır”, - deyə nəşr qeyd edir.

Bununla belə, ABŞ rəsmiləri Ukraynaya nüvə silahı ötürmək niyyəti ilə bağlı iddiaları rədd ediblər.

“Biz Ukraynanı nüvə ilə silahlandırmağı planlaşdırmırıq”, - Ağ evdən “Newsweek”ə belə deyilib.

Britaniya Parlamentinin Müdafiə Komitəsinin məsləhətçisi Nikolas Drummond ABŞ-ın Ukraynanı nüvə dövləti statusuna qaytarmasını təklif edib. Onun fikrincə, belə bir müqavilə gizli şəkildə bağlana bilər.

“Kiyev bundan sonra Rusiyaya belə bir xəbərdarlıq edə bilər: Bizim nüvə silahımız var, hücum etsəniz, Moskvanı bombalayacağıq”, - Drummond belə söyləyib.

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev bundan öncə bu cür addımın dəhşətli nəticələri barədə xəbərdarlıq edib. Onun fikrincə, bu, Rusiyaya müharibə elanı kimi qiymətləndiriləcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər