29 Noyabr 10:27
855
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın silahlı müxalif qüvvələrinin Hələb və İdlib vilayətlərində başladıqları əməliyyat davam edir. Qüvvələr hər iki vilayətdə irəliləyir.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin “Yeni Şafak” qəzeti məlumat yayıb.

Əməliyyatda Suriya Milli Ordusu (SMO) ilə yanaşı, İdlibə nəzarət edən “Heyət Təhrir əş-Şam” hərəkatı da iştirak edir. Müxalif qrupların ələ keçirdiyi ən mühüm nöqtələr Hələbdə Bəşər Əsəd rejiminin ən böyük hərbi bazalarından biri olan 46-cı Alay Bazası və M5 avtomobil yolunun cənubu ilə şimalını birləşdirən vilayətin girişində yerləşən Xan əl-Asel qəsəbəsidir.

Suriya müxalifəti 2020-ci ildə Hələbdə itirilmiş ərazilərin əksəriyyətini geri alıb.

Hələb və İdlib vilayətlərində davam edən qarşıdurmalarda rejim əleyhdarı qruplar son iki gündə 400 kvadrat kilometr ərazini nəzarətə götürüb. Söhbət 56 yaşayış məntəqəsindən gedir.

Müxalif qüvvələr vilayətin ucqarlarından biri olan Yeni Hələb rayonuna yaxınlaşıblar. Silahlı qruplar Hələb şəhərinin 1 kilometrliyindədirlər.

Müxaliflər, həmçinin Latakiya, İdlib və Hələbi birləşdirən M4 şosesi ilə M5 magistral yolunun qovşağında yerləşən Saraqib qəsəbəsi və Neyrab hərbi hava limanında rejimin mövqelərinə artilleriya və PUA-larla darmadağın ediblər.

Hələbin 4 kilometr qərbində yerləşən Əl-Mühəndisdə müxaliflər rejim ordusuna məxsus çoxlu sayda silah-sursat ələ keçiriblər.

Xan əl-Asel və ətrafında baş verən döyüşlərdə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bölgədəki məsləhət qrupunun komandiri və Tehrana bağlı proksilərin təlimlərinə cavabdeh olan general Kəyumərs Porhaşimi də müxalif qüvvələr tərəfindən öldürülüb. Qarşıdurma zamanı onlarla rejim hərbçisi də əsir götürülüb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər