29 Noyabr 10:46
639
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tbilisi şəhər məhkəməsinin azərbaycanlı jurnalist Əfqan Sadıqovun Azərbaycana ekstradisiyası barədə qərarından apellyasiya şikayəti veriləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə onun vəkili Keti Çutlaşvili bildirib.

Onun sözlərinə görə, Gürcüstanın Ali Məhkəməsinə apellyasiya şikayəti 7 gün ərzində təqdim oluna bilər.

“Ali məhkəmə ekstradisiya barədə qərarı qüvvədə saxlasa, ədliyyə nazirinin ekstradisiya haqqında əmr verməmək imkanı var. Mexanizm elədir. Biz, əlbəttə ki, Avropa İnsan Hüquqları Məhkəməsinin mexanizmindən də mütləq istifadə edəcəyik”, - vəkil deyib.

Qeyd edək ki, Tbilisi şəhər mhkəməsi Ə. Sadıqovun Azərbaycana ekstradiyası haqqında qərarı ötən gün qəbul edib. O, bu ilin avqustun 4-də Tbilisidə saxlanılıb.

Qeyd edək ki, “Azel TV” xəbər portalının baş redaktoru olmuş Ə.Sadıqov 2020-ci ildə Azərbaycanda qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmədə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum edilib, 2022-ci ildə əfv olunub.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər