29 Noyabr 11:12
1 280
12 Punto 14 Punto 16 Punto 18 Punto

Egey və Aralıq dənizi ilə bağlı Yunanıstan-Türkiyə müzakirələrində irəliləyiş yoxdur.

Teleqraf.com xəbər verir ki, bu sözləri Yunanıstan Baş naziri Kiriakos Mitsotakis deyib.

Onun sözlərinə görə, Ankara masaya elə məsələlər qoyur ki, Afina bunu müzakirə eləmək istəmir:

“Bizim üçün fikir ayrılığına səbəb olan yeganə məsələ Egey və Aralıq dənizinin şərqində kontinental şelf və azad iqtisadi zonanın (AİZ) sərhədlərinin müəyyən edilməsidir. Bunun üçün bir çərçivə yarada bilib-bilməyəcəyimizi araşdırırıq. Türkiyə isə bizim müzakirə etmək fikrində olmadığımız başqa şeylər haqqında da danışmağımızı istəyir. Ona görə də hazırda daha dərin danışıqlara girmək imkanı yoxdur. Heç bir ciddi irəliləyiş əldə olunmayıb.

Türkiyə boz zonalar, adaların tərksilahı və Trakiyadakı (Qərbi Trakiya) müsəlman azlıqlarla bağlı məsələləri danışıqlar masasına qoymasa və yalnız kontinental şelf və AİZ məsələsini müzakirə etməyə gələrsə, Yunanıstan bunu müzakirə edəcək. Amma bu o demək deyil ki, biz daimi gərginlik mühitində yaşayacağıq. Sularda sakitliyin davam etdirilməsinin tərəfdarıyıq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər