11:07
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Gürcüstan artıq növbəti 4 il ərzində Avropa İttifaqına inteqrasiya yolu ilə getməkdə maraqlı deyil. Bu, Gürcüstan hakimiyyətinin suveren qərarıdır, son dərəcə məyusedici və son dərəcə kədərlidir”.

Teleqraf.com xəbər verir ki, bunu Aİ-nin Gürcüstandakı səfiri Pavel Herçinski deyib.

Onun sözlərinə görə, gürcü xalqı öz ölkəsini harada görmək istədiyinə özü qərar verməlidir.

“Dünənki bəyanat bir çoxlarını təəcübləndirib, şok yaradıb. Sizin qəzəb və ümidsizliyinizi anlayırıq. Gürcü xalqına demək istəyirəm ki, Avropa İttifaqı sizi dəstəkləyir”, - səfir söyləyib.
Qeyd edək ki, Gürcüstan hökuməti ötən gün Aİ-yə üzvlüklə bağlı danışıqları 2028-ci ilədək gündəmə gətirməyəcəyini bəyan edib.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər