29 Noyabr 11:19
605
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan hökumətinin Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı danışıqları 2028-ci ilədək dayandırması barədə qərarına qarşı çıxan gürcü diplomatların sayı artır.

Teleqraf.com xəbər verir ki, ötən gün 44 diplomatın yaydığı birgə bəyanatı imzalayanların sayı artıq 105-ə yüksəlib.

Bəyanatda bilidirilib ki, hökumətin qərarı ölkənin strateji maraqlarına cavab vermir. Sənədi imzalayanlar arasında Gürcüstan Xarici İşlər Nazirliyinin müxtəlif departamentlərinin rəhbərləri və bir sıra xarici ölkələrdə çalışan diplomatlar yer alıb.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər