29 Noyabr 13:26
1 903
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ilə olan mövcud çətinliklərə baxmayaraq, Yaponiya ərazi probleminin həlli və sülh müqaviləsinin bağlanması istiqamətindəki siyasətini davam etdirəcək.

Teleqraf.com xeber verir ki, bu sözləri Yaponiyanın Baş nazir Siqeru İşiba deyib.

“Yaponiya-Rusiya münasibətləri çətin vəziyyətdədir, amma bizim ölkə ərazi problemini həll etmək və sülh müqaviləsi bağlamaq istiqamətindəki siyasətini davam etdirəcək”, - deyə hökumət başçısı bildirib.

Moskva və Tokio İkinci Dünya müharibəsindən sonra sülh müqaviləsi imzalamaq üçün danışıqlar aparır. Ən böyük maneə isə Kuril adalarının cənub hissəsi üzərindəki hüquqlar barədəki mübahisədir.


Müəllif: Qənirə Süleymanova

Oxşar xəbərlər