29 Noyabr 13:17
934
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın sərt bəyanatlardan barışığa yönələn mövqeyə keçməsi qismən ABŞ-da Donald Trampın prezident seçkilərində qalib gəlməsi ilə əlaqəlidir.

Teleqraf.com xeber verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.

Bir neçə yüksək vəzifəli İran rəsmisi bildirib ki, Tehran Tramp administrasiyası ilə nüvə və regional məsələlərin həlli üzrə danışıqlara açıqdır.

Bundan əlavə, qeyd olunur ki, Trampın komandası Yaxın Şərqdəki müharibələri dayandırmaq və Ukraynadakı münaqişəni həll etmək planları Tehranı razı salır.


Müəllif: Qənirə Süleymanova

Oxşar xəbərlər