12:04
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqına (Aİ) üzv 27 ölkənin xarici işlər nazirlərinin dekabrın 16-da keçiriləcək toplantısında Gürcüstan məsələsi də müzakirə olunacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Aİ-nin Gürcüstandakı səfiri Pavel Herçinski bildirib.

Onun sözlərinə görə, masa üzərində Gürcüstanla vizasız rejimin mümkün dayandırılması da daxil olmaqla bütün variantlar var.

Qeyd edək ki, Gürcüstan və Aİ arasında vizasız rejim 2017-ci ilin martın 28-dən qüvvədədir.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər