13:00
621
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada Qərb ölkələrinin hərbçilərinin görünməsi ciddi narahatlıq yaradır, çünki bu, münaqişənin daha da gərginləşə və dünya müharibəsinə çevrilə biləcəyinin bir başqa sübutudur.

Teleqraf.com xeber verir ki, bu sözləri Macarıstan Baş naziri Viktor Orban deyib.

“Rusiyadan gələn xəbərlərə görə, amerikalı və fransız hərbçiləri Ukrayna ərazisinə hava hücumları nəticəsində həlak olublar. Bu, orada bu hərbçilərin olduğunu göstərir. Əvvəlcə, sadəcə müharibəni dəstəkləyirsiniz, sonra ora silah göndərirsiniz, nəhayət orada hərbi statusu olan insanlar öldürülən əsgərlər olaraq meydana çıxır. Bu, Qərbi Avropa və Amerikada hərbi statusu olan insanların iştirakı ilə Ukraynada baş verir”, - deyə Orban qeyd edib.


Müəllif: Qənirə Süleymanova

Oxşar xəbərlər