29 Noyabr 13:35
589
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin Tayvan rəhbəri Lay Sindenin ABŞ-a gizli səfərlərinə qəti şəkildə qarşı çıxır.

Teleqraf.com xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin deyib.

“Çin Birləşmiş Ştatlar və Tayvan arasında istənilən formada rəsmi təmasları qəbul etmir və Tayvan rəhbərliyinin hər hansı bir bəhanə ilə ABŞ-a gizli səfərinə qətiyyətlə qarşıdır”, - çinli diplomat bildirib.

Pekin Vaşinqtonu ABŞ-ı üzərinə götürdüyü öhdəlikləri sədaqətlə yerinə yetirməyə, ada ilə rəsmi mübadilələri dayandırmağa və artıq Taypeyə yanlış siqnallar göndərməməyə çağırıb.

Nin vurğulayıb ki, Birləşmiş Ştatlar Tayvan məsələsinə ikiqat ehtiyatla yanaşmalıdır.

“Röyter” yazır ki, Sinde Sakit okean ölkələrinə turnesi zamanı ABŞ-ın Havay adaları və Quamda dayanacaq, həmçinin ada ilə rəsmi əlaqə saxlayan dövlətlərə səfər edəcək. Tayvan liderinin səfərinin noyabrın 30-da başlayacağı gözlənilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər