29 Noyabr 13:44
1 700
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə siyasətində “Altılıq Masası” kimi tanınan müxalifət bloku 2023-cü il seçkilərindən sonra ləğv edilsə də, yenidən qurulması gündəmdədir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Yeni Şafak” məlumat yayıb.

Türkiyə nəşri yazır ki, müxalifətin masasında hakim qanadla görüşmək fikri də var:

“2023-cü il seçkilərində müxalifət düşərgəsində ən çox qazancı əldə edən “Altılıq Masası”nın kiçik partiyaları 2028-ci il seçkilərinə fokuslanıb. DEVA, Gələcək, Demokrat və Səadət partiyaları daxilində CHP-də rəhbərlik dəyişikliyi nəzərə alınaraq, 2028-ci il üçün ittifaq axtarışına indidən başlamaq istəyənlər var.

CHP xaricində alternativ axtaranlar “müttəfiqlik üçün hökumətlə də danışıqlar aparıla bilər” fikrini də irəli sürüblər”.

“Altılıq Masası”na CHP, Demokratiya və İnkişaf, İYİ, Səadət, Demokrat və Gələcək partiyaları daxil idi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər