Gürcüstanın Bolqarıstandakı səfiri Otar Berdzenişvili vəzifəsini tərk edib.
Teleqraf.com xəbər verir ki, o, “X” hesabında rəsmi istefa ərizəsi yazdığını bildirib.
Səfir qeyd edib ki, diplomatik xidməti dövründə həmkarları ilə birgə Gürcüstanın Avroatlantika inteqrasiyası prosesinin irəliləməsinə fəal cəlb olunub və bu səylər heç bir vasitə ilə pozulmamalıdır.
Berdzenişvili Gürcüstandakı dinc etirazçılara həmrəyliyini də ifadə edib.
Qeyd edək ki, Gürcüstan hökuməti ötən gün 2028-ci ilədək Avropa İttifaqına üzvlüklə bağlı danışıqları gündəmə gətirməyəcəyini bildirib.
Bundan sonra qonşu ölkədə kütləvi etirazlar başlayıb.