29 Noyabr 14:10
2 935
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan hakimiyyətinin Avropa İttifaqı ilə (Aİ) danışıqların rədd edilməsinə qarşı dinc etirazları sərt üsullarla yatırtması 2013-cü ildə Ukraynada baş verənləri – “Yanukoviç ssenarisi”ni təkrarlayır.

Teleqraf.com xəbər verir ki, bu sözləri Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba deyib.

“Gürcüstan hökuməti Rusiyaya qarşı güzəştlərini, Moskvanın Ukraynaya müdaxiləsi anlamına gələn “Ukrayna ssenarisi”ndən qaçmaq vədləri ilə ört-basdır edir. Təəssüf ki, bu gün Gürcüstanda şahidi olduğumuz hadisə məhz “Ukrayna ssenarisi”dir, amma başqa formada. 2024-cü ilin noyabrında Gürcüstanda baş verənlər 2013-cü ilin noyabrında Ukraynada cərəyan edən hadisələrin eynisi idi. İvanişvili Yanukoviç kimi eyni oyunu oynayır”, - deyə sabiq nazir qeyd edib.

Kuleba xatırladıb ki, 2013-cü ilin noyabrında o zamankı Ukrayna Prezidenti Viktor Yanukoviçin Aİ ilə assosiasiya sazişi imzalamayacağını bəyan etməsi bütün ölkədə etirazlara səbəb olmuşdu:

“Sonra ukraynalılar ayağa qalxdılar, azadlıqdan məhrum edilməkdən imtina etdilər və onların mübarizəsi tarixin gedişatını dəyişdi”.

Onun iddiasına görə, Aİ-yə üzvlük məqsədindən imtina edən İvanişvili və komandasının planı Rusiya ilə yaxınlaşmaq və əlaqələri bərpa etməkdir. Kuleba belə bir ssenarinin Gürcüstanı Rusiyanın təsir dairəsinə itələcəyini bildirib.

Ukraynanın keçmiş diplomatı gürcü cəmiyyətini mübarizəni sonadək aparmağa çağırıb.

Xatırladaq ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze dünən açıqlayıb ki, Tiflis 2028-ci ilə qədər Aİ-yə üzvlük danışıqlardan imtina edir. Onun açıqlamasından sonra ölkədə kütləvi nümayişlər başlayıb. Etirazlar davam edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər