Cənubi Koreya ordusu 5 Çin, 6 Rusiya döyüş təyyarəsinin şərq və cənub sahilləri yaxınlığında dənizlər üzərində hava hücumundan müdafiə vasitələrinin aşkarlama zonasına xəbərdarlıq etmədən daxil olduğunu açıqlayıb.
Teleqraf.com "Ukrinform"ə istinadla xəbər verir ki, Cənubi Koreyanın Baş Qərargahı olayın Yapon dənizi üzərində baş verdiyini bildirib.
Çin təyyarələri cənub sahillərində Koreya hava hücumundan müdafiə sistemlərini aşkarlama zonasına daxil olub, Cənubi Koreya ilə Yaponiya arasındakı sular üzərindən şimala doğru hərəkət edib. Rusiya təyyarələri isə şimal-şərqdən yaxınlaşıb. Bir-birlərinə yaxınlaşdıqdan sonra təyyarələr birlikdə Cənubi Koreya zonasını tərk ediblər.
Cənubi Koreya qabaqlayıcı tədbirlər görərək, əraziyə döyüş təyyarələri göndərib.