29 Noyabr 14:52
926
12 Punto 14 Punto 16 Punto 18 Punto

Guya Türkiyədə münaqişənin dondurulması və Ukraynanın ərazi bütövlüyündən güzəştləri nəzərdə tutan “sülh planı”nın dəstəklənməsi ilə bağlı məlumatların reallığa uyğun olmadığı rəsmi səviyyədə təsdiqlənib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna parlamentinin deputatı, Krım-Tatar Məclisinin sədr müavini Axtem Çiygöz Türkiyəyə səfərindən sonra deyib.

“Davamlı olaraq, Rusiyada Türkiyənin münaqişənin dondurulması və ərazi bütövlüyü ilə bağlı güzəştləri nəzərdə tutan “sülh formulu”nu dəstəklədiyinə dair iddialar səslənir. Türkiyəyə iki günlük səfərimiz zamanı çox yüksək səviyyədə görüşlər keçirdik və hər yerdə bunun doğru olmadığına əmin olduq”, - deputat bildirib.

Onun sözlərinə görə, Türkiyə bir çox istiqamətlərdə Ukraynanı dəstəkləyir, hər iki ölkə ikitərəfli strateji əlaqələrdə maraqlıdır:

“Türkiyə nəinki ümid edir, həm də çalışır ki, Amerika seçkilərindən sonra dəyişikliklər Ukraynaya yardımın göstərilməsinə təsir göstərməsin. Bunlar bizim üçün vacib mesajlardır. Biz bunları Ukraynanın hakimiyyəti və xalqına çatdıracağıq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər