29 Noyabr 14:24
554
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dünənki aksiya qısa zamanda dinc etiraz çərçivəsindən çıxaraq qanunsuz xarakter aldı”.

Teleqraf.com xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, radikal müxalifətin aqressiv qruplaşmaları hüquq-mühafizə orqanlarının əməkdaşlarına fiziki və şifahi təzyiqlər ediblər:

“Təəssüf ki, bu zorakılıq dinc nümayişçilərin, o cümlədən jurnalistlərin xəsarət alması ilə nəticələnib. Bu da son dərəcə təəssüf doğurur. Rustaveli prospektində zorakılığın qarşısını alan, nizam-intizamı bərqərar edən Daxili İşlər Nazirliyinə, hər bir polis əməkdaşına, daxili işlər nazirinə təşəkkür edirəm. Hər kəsə xatırlatmaq istəyirəm ki, bütün qanun pozuntuları qanunun tam sərtliyi ilə cəzalandırılacaq”.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər